Üç gün əvvəl Qax-Zaqatala avtomobil yolunun rayonun Güllük kəndi ərazisindən keçən hissəsində baş verən qəzada xəsarət alan sürücü vəfat edib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Qax Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən VAZ markalı avtomobilin sürücüsü Eşqin İsmayılov bu gün axşam saatlarında bütün tibbi müdaxiləyə rəğmən vəfat edib.
Qeyd edək ki, qəza zamanı Güllük kənd sakinləri olan İsmayılovlardan üç nəfər - ata, ana və oğlanları müxtəlif dərəcəli bədən xəsarətləri almışdılar.
Onların vəziyyəti kafidir və həyatları üçün təhlükə yoxdur.
Xatırladaq ki, Güllük kÉ™ndi É™razisindÉ™ sÉ™rt döngÉ™dÉ™ zÉ™ncirvarı qÉ™za zamanı “Hyundai”, “Honda” vÉ™ “Vaz -2106” markalı avtomobillÉ™r toqquÅŸmuÅŸdu.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu.