EN

3 gün əvvəl qəzada ağır yaralanan sürücü öldü

Qaxda 3 gün əvvəl qəzada ağır xəsarət alan sürücü xəstəxanada dünyasını dəyişib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, iyun ayının 8-i Qax rayonunun Güllük kəndi ərazisində “VAZ-2106” markalı avtomobil idarəetmədən çıxaraq əvvəlcə “Hyundai”, daha sonra isə “Honda” markalı avtomobilə çırpılıb.

Hadisə zamanı ağır bədən xəsarətləri alan “VAZ-2106”nın sürücüsü 44 yaşlı Eşqin İsmayılov bu gün müalicə aldığı Qax Rayon Xəstəxanasında dünyasını dəyişib.

Chosen
57
5
manset.az

6Sources