Türkiyənin U-19-lardan ibarət millisinin baş məşqçisi Sabri Sarıoğliu istefaya göndərilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.
Sarıoğu isə istefaya getməsini belə açıqlayıb: "Ay-ulduzlu formanı 150 dəfədən çox geyinib, daha sonra bu müqəddəs vəzifədə baş məşqçi kimi işləməyin qürurunu əbədi olaraq daşıyacağam. 2 ildən artıqdır birlikdə çalışdığım komanda yoldaşlarıma və milli komandanın heyətinə təşəkkür edirəm..."
Fərid ASLAN
MİA.AZ