Qabriel Maqalyans klubu ilə yenidən anlaşıb.
"Football-plus.az" xəbər verir ki, Braziliyalı futbolçu “Arsenal”la yeni müqavilə imzalayıb. London klubunun mətbuat xidmətinin məlumatına görə, Braziliya millisinin üzvü ilə yeni müqavilənin müddəti 2029-cu ilin iyununa qədərdi.
27 yaşlı müdafiəçi “Arsenal”da 2020-ci ildən çıxış edir. O, “topçular”ın heyətində 210 oyun keçirib və 20 qol vurub.