EN

Türkiyədə meşə yanğını baş verib

BAKI, TurkicWorld

Türkiyənin Çanaqqala vilayətində meşə yanğını baş verib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Məlumata görə, yanğın yerli vaxtla saat 15:30 rədələrində Çanaqqala vilayətinin Lapseki rayonunda baş verib. Hələ səbəbi müəyyən edilməyən yanğın küləyin təsiri ilə sürətlə yayılıb. Hadisə yerinə Çanaqqala Meşə Bölgə Müdirliyinə bağlı heyətlər göndərilib. Yanğınsöndürmə qrupları yanğını nəzarət altına almaq üçün havadan və qurudan müdaxilə edirlər.

Chosen
63
turkic.world

1Sources