EN

Avropa Şurasının (AŞ) baş katibi İrəvandadır

Avropa Şurasının baş katibi Alen Berset rəsmi səfərlə İrəvandadır.

Editor.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Onun iki günlük səfəri çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü nəzərdə tutulub.

Bundan başqa, Alen Berset Ermənistan prezidenti Vaaqn Xaçatryan, parlamentin sədri Alen Simonyan və ədliyyə naziri Srbuhi Qalyanla da danışıqlar aparacaq. Görüşlərdə Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması prosesi və regionda sabitliklə bağlı məsələlər də müzakirə olunacaq.

Chosen
92
editor.az

1Sources