EN

Fövqəladə vəziyyət elan edildi

Panama hökuməti La Villa çayı və onun qollarının çirklənməsi səbəbindən Herrera və Los Santos əyalətlərində su böhranı ilə əlaqədar fövqəladə vəziyyət elan edib. 

News24.az bildirir ki. bu barədə nazirlər Kabinetinin iclasının sonunda rəsmi nümayəndə məlumat verib.

Nazirlər və dövlət qurumları vəziyyətlə mübarizə aparmaq üçün 10 milyon dollara (təxminən 8,5 milyon avro) qədər vəsait istifadə edə biləcəklər.

Səhiyyə naziri Fernando Boyd, Milli Su və Kanalizasiya İnstitutunun direktoru Rutilio Villarreal və Ətraf Mühit üzrə nazir müavini Óscar Vallarino ilə birlikdə təsirə məruz qalmış bölgəyə səfər edərək böhranla bağlı aparılan işləri yoxlayıblar.


Chosen
63
1
news24.az

2Sources