EN

Bakıda bağçaların sayını artırmaq üçün tikinti standartlarına yenidən baxılmaldır – Deputat

Bakı. Trend:

Azərbaycanda məktəbəqədər yaşlı 650 min uşaq var. Onlardanyalnız 120 mini dövlət müəssisələrində təhsil alır. Digər uşaqlarya bu prosesdən kənarda qalır, ya da müəyyən özəl müssisələrdə,kurslarda təhsil alırlar. Biz bu rəqəmləri kütləvi surətdəartırmalıyıq.

Trend xəbərverir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədrmüavini Fariz İsmayılzadə komitənin bu gün keçirilən iclasında“Təhsil haqqında” və “Məktəbəqədər təhsil haqqında” qanunlardadəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanıdeyib.

Millət vəkili bildirib ki, Milli Strategiyaya görə, məktəbəqədərhazırlıq səviyyəsi 50, BMT standratlarına görə isə, 90 %olmalıdır.

“Təəssüf ki, biz hələ bu rəqəmlərə çata bilməmişik. Qanunatəklif edilən dəyişikliklər həmin imkanları genişləndirir, əhatəniartırır, özəl müəssisələri də bu prosesə cəlb edir. Bakıdabağçaların, kursların, məktəbəqədər hazırlıq müssisələrinin sayınıartırmaq istəyiriksə, tikinti standartlarına yenidən baxmalıyıq.Çünki SSRİ dövründə qəbul olunmuş tikinti standartları müsasirməktəbəqədər hazırlıq müsəssisələrinin inkişafına maneələr,məhdudiyyətlər yaradır, müasir Bakının urbanistika qaydalarınacavab vermir”, - deyə deputat qeyd edib.

Chosen
46
az.trend.az

1Sources