EN

Məhşur ayətullahın oğlu və gəlini həbs olundular: Səbəb korrupsiya

ain.az, Tribuna portalına istinadən məlumat verir.

İranın tanınmış din xadimlərindən olan, Tehranın müvəqqəti imam-cüməsi Kazım Siddiqinin oğlu və gəlini həbs olunublar.

Tribunainfo.az xəbər verir ki, camaat arasında “ağlayan ayətullah” ləqəbini qazanmış Siddiqinin ailə üzvlərinin həbsinə səbəb korrupsiya faktıdır.

Belə ki, onun oğlu Məhəmməd Mehdi Siddiq “Pirvan Andisheh Qaim” şirkətinə başçılıq edib. O, bir çox tenderlərdən qalibi olub. Milyonlarla dollarlıq layihələrin icrası zamanı qanun pozuntularına yer verməklə yanaşı, həm də bir çox torpaq sahələrinin dələduzluq yolu ilə ələ keçirilməsində iştirak edib. Elə həbsinə səbəb də Tehranda dəyəri 12 milyon dollar olan torpaq sahəsini 80 minə yerli bələdiyyədən “alması”  olub.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Fərda Uğur

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
8
1
tribunainfo.az

2Sources