EN

Cəmiyyət müəllimə çox yüklənib, bəzi təşəbbüslər valideynlər tərəfindən irəli sürülür – Deputat

Bakı. Trend:

Son günlər rayonların birində müəllimə üzük bağışlanmasıməsələsi gündəmə gəldi. Müəllimlər nümunəvi olmalıdırlar.Azərbaycan mətbuatında müəllimlərlə bağlı yazılar görürük. Biz vəmedia müəllimin nüfuzunu qorumalıyıq.

Trend xəbərverir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü CeyhunMəmmədov komitənin bu gün keçirilən iclasında “Təhsil haqqında” və“Məktəbəqədər təhsil haqqında” qanunlarda dəyişiklik edilməsibarədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

Millət vəkili bildirib ki, bu məsələ ilə bağlı ciddi formadadavamlı olaraq müzakirələrin aparılması müəllim obrazı ilə bağlımənfi nəticələrə gətirib çıxarır.

“Bizim cəmiyyət müəllimə çox yüklənib. Müəllim rüşvət alabilməz, amma davamlı olaraq müəllimin hədəfə alınması onun tədrisprosesindəki fəaliyyətinə mənfi təsir göstərir. Ona görə çağırışedirəm ki, bu kimi məsələlərdə dəqiqləşdirmə aparmalıyıq. Sonhadisələr göstərir ki, bəzi təşəbbüslər valideynlər tərəfindənirəli sürülür. Valideynlər də bundan uzaq olmalıdırlar”, - deyədeputat qeyd edib.

Məqalədə:
Chosen
59
az.trend.az

1Sources