EN

Zaxarova: Rusiya Ukrayna ilə danışıqları davam etdirməyə hazırdır

BAKI, 11 iyun. TELEQRAF

Moskva Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesini davam etdirməyə ciddi yanaşır.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.

O qeyd edib ki, Rusiyanın bu məsələdə mövqeyi dəyişməzdir və əsas məqsəd qarşılıqlı razılaşmalar əldə etməkdir.

Zaxarova vurğulayıb ki, danışıqlar prosesinin bütün parametrləri Rusiya rəhbərliyi tərəfindən açıq şəkildə müəyyən olunub.

Chosen
34
teleqraf.com

1Sources