EN

Klublararası dünya çempionatında 1 milyard dollar mükafat paylanacaq

2025-ci ildə ABŞ-da keçiriləcək FIFA Klublararası Dünya Çempionatında 32 komandaya ümumilikdə 1 milyard dollar mükafat veriləcək.

Busaat.az xəbər verir ki, bu məbləğin 475 milyon dolları idman performansına, 525 milyon dolları isə iştirak haqqına ayrılacaq. Turnir tarixində ilk dəfə 32 komandanın iştirakı ilə keçiriləcək.

Komandalar 4 nəfərlik 8 qrupa bölünəcək, oyunlar tək görüş əsasında baş tutacaq. Qruplarda ilk iki yeri tutanlar pley-off mərhələsində mübarizəni davam etdirəcək. Çempion olacaq klub 7 oyun keçirəcək və 125 milyon dollar qazanacaq.

Turnirdə qapıçılar topu maksimum 8 saniyə saxlaya biləcək. Əks halda rəqibə künc zərbəsi veriləcək. Hakimlər matçlarda bədən kamerası daşıyacaq.

FİFA, həmçinin, turnirdə iştirak edəcək klublar üçün 1–10 iyun tarixlərində əlavə transfer dövrü açıb.

Nərmin Səmidova

Chosen
38
busaat.az

1Sources