Ermənistanın Çambarak şəhərində çoxmənzilli yaşayış binasında təbii qaz sızması nəticəsində baş verən partlayışda 3 nəfər ölüb.
Bakıvaxtı.az "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə ölkənin xilasedici xidmətindən məlumat verilib.
Hadisədən əvvəl yayılan ilkin məlumatlara görə, partlayış nəticəsində 2 nəfər ölmüş, 10 nəfər isə yaralanmışdı. Lakin axtarış-xilasetmə işləri zamanı dağıntılar altından daha bir sakinin cəsədi çıxarılıb.
Xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib.
Partlayış nəticəsində binanın ikinci, üçüncü və dördüncü mərtəbələrində yerləşən mənzillər tamamilə çöküb.
Gülşən Şərif