Bakı.Trend:
Azərbaycan Respublikasının fövqəladə hallar nazirigeneral-polkovnik Kəmaləddin Heydərov İtaliya Respublikasınınölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Luka Di Canfrançeskoilə görüşüb.
TrendFövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nazirKəmaləddin Heydərov səfir Luka Di Canfrançeskonu səmimisalamlayaraq, Azərbaycan və İtaliya arasındakı münasibətlərindostluq və qarşılıqlı hörmət prinsipləri üzərində qurulduğunu, ikiölkə arasındakı çoxşaxəli əlaqələrin sürətlə genişləndiyinixatırladıb.
Nazir ölkəmizdə fövqəladə halların idarə olunması sahəsindəgörülən işlər və Nazirliyin strukturuna daxil olan qurumlarınfəaliyyəti barədə səfirə ətraflı məlumat verib, AzərbaycanRespublikası və İtalya Respublikasının fövqəladə hallarla mübarizəsahəsində uyğun qurumları arasında əməkdaşlığın perspektivlərindəndanışıb.
Səmimi görüşə görə təşəkkürünü bildirən İtaliya Respublikasınınölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Luka Di Canfrançeskoiki ölkə arasındakı əlaqələrin daim inkişaf etdiyini bildirib. O,bu çərçivədə fövqəladə halların qarşısının alınması vənəticələrinin aradan qaldırılması sahəsində uyğun qurumlar arasındamünasibətlərin qarşılıqlı faydasından danışıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikirmübadiləsi aparılıb.