2025-ci ilin ilk altı ayı ərzində Azərbaycanda dövlət qurumları tərəfindən iri sənaye və ticarət qurumlarına qarşı inzibati nəzarət tədbirləri gücləndirilib.
AzPost ölkənin iri vergi ödəyiciləri olan şirkətlərlə bağlı araşdırma aparıb. Məlum olub ki, bu dövrdə xüsusilə ölkənin qida və qeyri qida sektorunun aparıcı şirkəti heb olunan Azərsun Holdinq və ona bağlı olan müəssisələr mütəmadi olaraq cərimə və inzibati məsuliyyət tədbirlərinə məruz qalıb. Aparılan araşdırmalara əsasən, 2025-ci ilin əvvəlindən indiyədək Azərsun strukturlarına daxil olan 10-dan çox müəssisəyə ümumilikdə 41.500 manat məbləğində cərimə tətbiq olunub.
Tarix | Şirkət Adı | Cərimə (AZN) | Səbəb | Cəriməni Tətbiq edən Qurum | Baxılan Məhkəmə |
---|---|---|---|---|---|
15.01.2025 | Sun Tea Çay Fabriki | 3.000 | Etiketləmə qaydalarının pozulması | Qida Təhlükəsizliyi Agentliyi (AQTA) | Bakı İnzibati Məhkəməsi |
03.02.2025 | Bakı Qida və Yağ Fabriki | 4.500 | Sanitar normalara əməl edilməməsi | AQTA | Nərimanov Rayon Məhkəməsi |
25.02.2025 | Təmizlik Kağızları İstehsalı Fabriki | 2.500 | Əmək müqaviləsinin bağlanmaması | Əmək Müfəttişliyi (ƏƏSMN) | Xətai Rayon Məhkəməsi |
12.03.2025 | Azər Kağız və Karton İstehsal Kombinatı | 4.000 | İşçi təhlükəsizliyi qaydalarının pozulması | FHN Dövlət Əmək Müfəttişliyi | Sumqayıt İnzibati Məhkəməsi |
30.03.2025 | Bazarstore | 7.000 | Keyfiyyətsiz məhsul satışı | AQTA | Yasamal Rayon Məhkəməsi |
10.04.2025 | Qafqaz Konserv Zavodu | 3.500 | Vergi sənədlərində pozuntu | Dövlət Vergi Xidməti | Gəncə İnzibati Məhkəməsi |
18.04.2025 | İmişli Şəkər Yem Fabriki | 2.800 | Sənaye tullantılarının çirklənməsi | Ekologiya və Təbii Sərvətlər Nazirliyi | İmişli Rayon Məhkəməsi |
02.05.2025 | Azərsun Sənaye Parkı | 5.000 | Sənaye tullantılarının normativdən çox olması | Ekologiya və Təbii Sərvətlər Nazirliyi | Abşeron Rayon Məhkəməsi |
20.05.2025 | Al Market | 6.000 | İstehlakçı hüquqlarının pozulması | İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Xidməti | Səbail Rayon Məhkəməsi |
01.06.2025 | Dreamland Golf Villas & Residences | 3.200 | Tikinti icazələrinin olmaması | Dövlət Şəhərsalma və Arxitektura Komitəsi | Bakı İnzibati Məhkəməsi |