Ermənistanın Çəmbərək şəhərində yaşayış binasında baş verən qaz partlayışı nəticəsində üç nəfər həyatını itirib.
Moderator.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.
İnsident nəticəsində müxtəlif bədən xəsarətləri alan doqquz nəfər xəstəxanaya yerləşdirilib.
Partlayışın təfərrüatı araşdırılır.
