Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində komendant saatı tətbiq olunub.
Polis bu barədə qərarın şəhərdə baş verən qarət və kütləvi zorakılıq halları ilə bağlı olduğunu bildirib.
Qeyd edək ki, Los-Anceles və digər bir neçə şəhərdə prezident Donald Trampın qanunsuz mühacirlərin kütləvi deportasiyası qərarına qarşı etiraz aksiyaları keçirilir.
Aksiya iştirakçıları polislə qarşıdurmalara gedir, müxtəlif zorakılıqlar törədirlər.
Təhlükəsizlik qüvvələri kütləvi həbs əməliyyatları icra edir.
Rəhbərlik hərəkata nəzarət etmək üçün milli qvardiya dəstələri və dəniz qüvvələrini də xidmətə cəlb edib.
Lakin hələlik onların fəaliyyətinin nəzərə çarpmadığı qeyd olunur.
Kaliforniya ştatının qubernatoru Qevin Nyusom Trampın bu addımını qanunsuz adlandırıb və onu məhkəməyə verəcəyini bildirib.
O, Trampın yanğına körüklə getdiyini deyib.
Bu arada, növbəti kütləvi etiraz aksiyasının Texas ştatında olacağı gözlənilir.
Burada bir böyük şəhərlərdə polis qüvvələri səfərbər edilib.