EN

Kiyev Rusiyaya ağrılı yeni zərbələr vəd edir VİDEO

Azvision portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

AzVision.az xəbər verir ki, Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) bəyanatında belə deyilir. Xidmətin yayımladığı kadrlarda Ukrayna Silahlı qüvvələrinin dronlarının Rusiya təyyarəsini vura bildiyi xüsusi əməliyyatın xronologiyası əks olunub. Məlumatda bu plana birbaşa UTX-nin sədri Vasili Malyukun rəhbərlik etdiyi və xüsusi əməliyyata hazırlığın maksimum məxfilik şəraitində aparıldığı vurğulanır. - UTX müharibə qanunlarına və adətlərinə uyğun olaraq, tamamilə qanuni hədəflər - Ukrayna şəhərlərinin bombalanmasında iştirak edən hərbi aerodromlar və Rusiya təyyarələri üzrə iş aparıb”, - Malyuk deyib.

NATO sammitində Ukrayna məsələsinə baxılmayacaq - VİDEO

Onun sözlərinə görə, Rusiyanı yeni sürprizlərlə təəccübləndirmək üçün, UTX heç də “Hörümçək toru” əməliyyatından az ağrılı olmayan plan üzərində işləyir. Yeri gəlmişkən, Ukraynanın baş naziri Denis Şmıqal da bir müddət əvvəl verdiyi açıqlamada “Hörümçək toru” əməliyyatının təkrarən həyata keçirilə biləcəyini vurğulayıb. Xatırladaq ki, iyunun 1-də Ukrayna “Hörümçək toru” adlı keçirdiyi genişmiqyaslı əməliyyat çərçivəsində Rusiyanın 5 hərbi aerodromuna, o cümlədən Murmansk, İrkutsk, İvanovo, Ryazan və Amur vilayətlərindəki obyektlərə zərbələr endirib. if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

pic.twitter.com/igSMGCQnb8

— Newsfeed (@Newsfeed883920) June 11, 2025

Sahil İsgəndərov

AzVision.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
26
1
azvision.az

2Sources