EN

ABŞ-də ixtişaşlar DAVAM EDİR: Mühüm qərar AÇIQLANDI

Ajans.az xəbər verir ki, bu barədə Texas qubernatoru Qreq Abbott ştatda başlayan iğtişaşlar zamanı sosial media X-də paylaşım edib. “Texas Milli Qvardiyası sülh və asayişi təmin etmək üçün bütün ştatda yerləşdiriləcək”, - Abbott yazıb. Dövlət başçısı qeyd edib ki, dinc aksiya keçirmək qanunidir, lakin insanlara zərər vurmaq və ya əmlaka ziyan vurmaq həbslə nəticələnə bilər. İyunun 10-da Texasda qeyri-qanuni immiqrasiya ilə mübarizəyə yönəlmiş reydlərə qarşı etirazlar başlayıb. Qubernator Qreq Abbott bildirib ki, polis və İctimai Təhlükəsizlik Departamenti Ostində ondan çox etirazçını saxlayıb. Bu fonda ABŞ prezidenti Donald Tramp bildirib ki, şəhərlərdə baş verən iğtişaşlar kimsə tərəfindən maliyyələşdirilir və peşəkarcasına təşkil olunur. ABŞ Ədliyyə Nazirliyi artıq maraqlı tərəfləri axtarır.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Chosen
25
Ajans.az

1Sources