EN

Dövlət Mahnı Teatrında Rəşid Behbudovun xatirə otağı yaradılıb (FOTO)

Bakı. Trend:

İyunun 10-da Dövlət Mahnı Teatrında dünyaşöhrətli müğənni, SSRİXalq artisti Rəşid Behbudovun (1915-1989) anım günü münasibətiləsənətkarın xatirə otağının açılışı olub.

Bu barədə Trend-ə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tədbirdə rəsmilər, tanınmış mədəniyyət və elmxadimləri, müğənninin ailə üzvləri iştirak ediblər.

Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdiyev, Əməkdarincəsənət xadimləri – bəstəkar Aydın Əzimov və şair Baba Vəziroğluçıxış edərək müğənninin Azərbaycanın musiqi mədəniyyəti tarixindəkiböyük rolundan söz açıblar. Rəşid Behbudovun yaratdığı və adınıdaşıyan teatrda Xatirə otağının yaradılması təqdirəlayiq addım kimidəyərləndirilib.

Daha sonra tədbir bədii hissə ilə davam edib. Mahnı Teatrınınmusiqi kollektivi, eləcə də tanınmış müğənnilərin ifasındaunudulmaz sənətkarın repertuarından nəğmələr səsləndirilib.

Dövlət
Dövlət
Dövlət
Dövlət
Dövlət
Chosen
1
16
az.trend.az

10Sources