EN

Paşinyan Katolikosa qarşı: qarşıdurma savaşa çevrilir

Bakı. Trend:

Son aylarda baş verən hadisələr İrəvanda uzun müddət səssizqalan bir reallığı açıq şəkildə üzə çıxardı: Ermənistanın başnaziri Nikol Paşinyanla Ermənistan Apostol Kilsəsi (EAK) arasındaillərlə kulislərdə və qarşılıqlı söz hücumlarında davam edənqarşıdurma artıq açıq münaqişə mərhələsinə keçib.

Paşinyan hökumətinin hücumlarının əsas hədəfi bütün ermənilərinKatolikosu 2-ci Qaregin olub. Hökumət onu artıq sadəcə görməzdəngəlmir, sistemli şəkildə onu həm rəmzi, həm də institusionalbaxımdan dünyəvi hakimiyyətə alternativ lider kimi sıradançıxarmağa çalışır.

Gərginliyin kökləri 2018-ci ildə baş vermiş “məxməri inqilab”agedib çıxır. Həmin dövrdə “Yeni Ermənistan - yeni patriarx” şüarıaltında spontan bir hərəkata start verilmişdi.

Təşəbbüs yalnız siyasi elitaları deyil, həm də dini rəhbərliyihədəfə alırdı.

Katolikos 2-ci Qaregin korrupsiyada, biznes fəaliyyəti iləməşğul olmaqda və rahiblik əhdinə hörmətsizlikdə ittiham olunurdu.Paşinyan bu hadisələrə “kilsənin daxili işi” kimi yanaşaraqmüdaxilə etmədiyini bəyan etsə də, əslində, bu, gələcək stratejiqarşıdurmanın təməlini qoyurdu.

Ermənistanın baş naziri ilkin mərhələdə neytrallıq görüntüsüyaratsa da, paralel olaraq özünə loyal din xadimlərini irəli çəkdi,alternativ icmaları dəstəklədi və ənənəvi kilsə nüfuzunu ictimaiməkandan tədricən sıxışdırmağa başladı.

44 günlük İkinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra buqarşıdurma daha da kəskinləşdi. Müharibədən sonra Ermənistancəmiyyətində yaranan bədbinlik, pərişanlıq və kütləvi narazılıqdalğasında din xadimləri, o cümlədən, Katolikos 2-ci Qaregin öncəbhədə yer alaraq açıq şəkildə Paşinyanın istefasını tələbetdi.

Bu, EAK rəhbərinin ilk dəfə bu qədər sərt şəkildə siyasiproseslərə müdaxilə etməsi idi. Üstəlik, bu çıxışlar açıq şəkildəkeçmiş prezidentlər Robert Köçəryan və Serj Sarqsyanın dadəstəklədiyi Rusiyapərəst blokla sinxron gedirdi.

Həmin andan etibarən Paşinyan Eçmiədzini sadəcə dini institutkimi deyil, Rusiya ilə sıx bağlı olan və simvolik kapitala maliksiyasi rəqib kimi görməyə başladı.

Məzkur ziddiyyət 2023–2024-cü illərdə Tavuşda baş vermişaksiyalar zamanı yenidən allovlandı.

Aksiya lideri yepiskop Vazgen Qalstanyan ("keşiş BaqratSrbazan") olsa da, bu hərəkatın əsas məqsədi delimitasiya bəhanəsialtında Paşinyana qarşı geniş cəmiyyət mobilizasiyası idi.

2025-ci ilin may ayından etibarən Paşinyan Eçmiədzinə qarşı əngenişmiqyaslı reputasiya kampaniyasına start verdi.

Erməni ekspert Edqar Vardanyan bu hücumu Sovet dövründəkiantidin kampaniyaları ilə müqayisə etdi.

İrəvandakı "Civilitas" Fondu tərəfindən aparılan araşdırmada 29may–10 iyun tarixlərində baş nazirin 27 paylaşımı və 2 canlı yayımıqeydə alınıb və ümumilikdə bu materiallar 5,4 milyon baxıştoplayıb.

Bu, Ermənistanın aktiv internet istifadəçilərinin 180 faizinəbərabərdir. Kampaniyanın əsas qayəsi 2-ci Qaregini rahiblik andını(xristianlıqda keşişin ailə qurmamaq andı və ya "selibat", -müəllif) pozmaqda açıq şəkildə ittiham etmək idi.

Paşinyan iki gün öncə bəyan etdi: “Bu, faktdır və əgər Qareginbunu inkar etməyə cəhd etsə, sübut edəcəyəm”.

Ertəsi gün o, “Ana Taxtın azadlığı üzrə Koordinasiya Şurasının”yaradıldığını elan etdi və “həqiqətən, müqəddəs patrikinseçilməsinə” çağırış etdi.

Sözügedən reputasiya zərbəsi hədəfə dəydi.

2024-cü ilin iyul-oktyabr aylarında keçirilmiş "CaucasusBarometer" sorğusuna görə dini təşkilatlara tam etimad göstərənvətəndaşların payı son üç ildə 11 faizdən 62,5 faizə yüksəlib,halbuki hökumətə tam etimadsızlıq səviyyəsi 42,3 faizdə stabilqalıb.

ABŞ Dövlət Departamentinin Dini Azadlıq üzrə beynəlxalqhesabatında bildirilir ki, Ermənistan əhalisinin 97,5 faizi hüquqiolaraq EAK ilə özünüidentifikasiya edir və bu da hər hansı hücumutəkcə Qareginə deyil, bütövlükdə milli kimliyə qarşı təhdidəçevirir.

2-ci Qaregin uzun müddət susqunluq nümayiş etdirsə də, yalnız 2iyunda, Ümumruhani Şuranın qapalı iclasında Katolikosluğunmövcudluğuna yönəlmiş təhlükənin sistemli xarakter daşıdığınıetiraf etdi və arxiyepiskoplara “kanonik müdafiə planı” hazırlamağıtapşırdı.

İclas iştirakçılarının verdiyi məlumata əsasən, həmçininKatolikosun vaxtından əvvəl istefa verərək ibtidai istintaqprosedurundan yayınmaq və institutu qorumaq seçimi də müzakirəedilib.

Media kampaniyası üç əsas mexanizmə söykənir.

Birincisi, “sübut pəncərəsi”dir: hər birpaylaşımda Paşinyan sənədləri açıqlayacağına söz verir, lakinonları təqdim etmir, bu da daimi gözlənti effekti yaradır.

İkincisi, algoritmik təkrarlamadır:"MediaReenact Lab"ın analitikləri hökumətyönlü Telegramkanallarında baş nazirin bəyanatlarının bir həftə ərzində 413 dəfərepost edildiyini qeydə alıblar, bu da onların orqanik çatımınıdörd dəfə artırıb.

Üçüncüsü, normativ istinadlardır: baş nazirEAK-ın öz ehkamlarına istinad edərək, “uşağı olan şəxs Katolikosseçilə bilməz” deyə bəyan edib və beləliklə, siyasi qarşıdurmanı“ehkam hüququnun müdafiəsi” kontekstinə köçürüb. Lakin Katolikosluqinstitutuna vurulan ziyan artıq ölçülə biləndir.

2024-cü ilin noyabrından 2025-ci ilin yanvarınadək aparılmış"Focus Alliance" telefon sorğusuna əsasən, “əgər ittihamlartəsdiqlənsə, Katolikos istefa verməlidir” fikri ilə razılaşanlarınpayı yanvarda 19 faiz olduğu halda, iyunda artıq 37 faizəyüksəlib.

Respondentlərin 48 faizi hökumətin hücumunu “siyasi motivli”sayır, 11 faizi isə mövqe bildirməkdə çətinlik çəkib. Ən paradoksalolan isə odur ki, bu diskreditasiya kampaniyası cəmiyyətin dinikimliyə marağını gücləndirib: Eçmiədzin ziyarətçilərinin gündəliksayı mayın sonundan iyunun ilk həftəsinədək 1 200 nəfərdən 1 900nəfərə qalxıb.

Beləliklə, kompromatın alətə çevrilməsi Paşinyana müvəqqətitaktiki qazanc verir - gündəmin mediada dəyişməsi və Qarabağ üzrədanışıqlardan diqqətin yayındırılması - lakin strateji baxımdanyeni qarşıdurma oxunu formalaşdırır: “dövlət - kilsə - cəmiyyət”.Əgər bu tendensiya davam edərsə, istənilən növbəti məlumat sızmasıkonfesiyalaşmış etiraz dalğasına səbəb ola bilər və bu zamanqurbanın müqəddəslik statusu hökumətin media üzərindəki texnikinəzarətini üstələyə bilər.

Paşinyanla kilsə arasındakı qarşıdurmanı təkcə Ermənistandaxilindəki siyasi kontekstlə izah etmək mümkün deyil. Eçmiədzindəyerləşən Katolikosluq hələ sovet dövründən bəri Moskva ilə sabitmünasibətlərini qoruyub saxlayıb.

Həmin əlaqələr heç vaxt gizli olmayıb: 2-ci Qaregin Kremlətez-tez baş çəkən, MDB-nin Dinlərarası Şurasının bütün iclaslarındaiştirak edən və Rusiya prezidenti administrasiyası ilə, xüsusiləSergey Kiriyenko ilə qeyri-rəsmi, lakin davamlı təmaslara malik birfiqurdur.

Paşinyan başa düşür ki, Eçmiədzin Kremlin 2026-cı il parlamentseçkiləri ərəfəsində Ermənistana təsir göstərmək üçün istifadə edəbiləcəyi rıçaqlardan biridir. Bu baxımdan kilsəyə hücum Kremləqarşı strateji təşəbbüsü ələ almaq, onu silahsızlaşdırmaq vəErmənistandakı son institusional müttəfiqindən təcrid etməkcəhdidir.

Moskva üçün isə xalq arasında mühafizəkar dayanıqlığa malik birKatolikosun mövcudluğu sərfəlidir. Belə bir fiqur həm cəmiyyətisəfərbər edə bilər, həm də İrəvanın Qərbyönlü kursuna qarşı durmaqgücünə malikdir.

Məhz buna görə bir sıra erməni politoloqlarının fikrincə, VazgenQalstanyanın son təşəbbüsləri Rusiya administrasiyasına yaxınstrukturların iştirakı ilə koordinasiya olunub.

Ermənistan kilsəsi Cənubi Qafqazdakı rus təsirinin “sonistehkamına” çevrilir. Lakin bu mübarizə yalnız geosiyasi deyil,həm də dərin simvolik məna daşıyır.

Ermənistanın siyasi mədəniyyətində, hələ 17-19-cu əsrlərdən bəri(Mikael Çamçyan və Mateos Mamuryan dövründən başlayaraq), ictimailegitimlik yalnız hüquqi institutlardan deyil, “ümumi xeyri” xalqadından ifadə etmək bacarığından doğurdu.

İndi həmin “simvolik yüksəklik” uğrunda iki hakimiyyət mərkəzimübarizə aparır. Bir tərəfdə Eçmiədzin dayanır: 2022-ci ilinsiyahıyaalmasına əsasən, Ermənistan əhalisinin 95 faizi rəsmiolaraq Erməni Apostol Kilsəsinə mənsubdur, etnik ermənilərin payıisə 98,1 faizə çatır.

Eyni zamanda, “Caucasus Barometer-2024”ə əsasən, əhalinin 62,5faizi dini institutlara tam etibar edir, halbuki hökumətə tametimadsızlıq bildirənlərin nisbəti 42,3 faizdir. Bu o deməkdir ki,kilsə hələ də Ermənistan cəmiyyətində ən legitim ictimai aktorolaraq qalır.

Digər tərəfdə isə 2018-ci ildən etibarən “vətəndaş milləti”anlayışını siyasi diskursa gətirən Paşinyan dayanır. O, xalqınsuverenliyini seçki mandatı ilə əsaslandırmağa çalışır və sakralənənəni arxa plana keçirir.

2025-ci ilin 8–9 iyun tarixlərindəki paylaşmalarında o, “ErməniApostol Kilsəsinin yenidən seçilmiş Katolikosu olmalıdır” və“həqiqətən müqəddəs ruhani şəxsiyyət” çağırışları ilə budiskussiyanı kanonik müstəviyə keçirir, 2-ci Qareginin dinistatusuna iddia edərək onu desakralizasiya etməyə, kilsəninsimvolik kapitalını “ictimai institutlar” səviyyəsinə endirməyəcəhd edir.

Qarşıdurmanın sosioloji təhlili isə bir sıra paradoksları ortayaqoyur.

May ayından iyunun ilk həftəsinədək Eçmiədzini ziyarət edənləringündəlik sayı 1 200 nəfərdən 1 900 nəfərə yüksəlib. "FocusAlliance"ın 2025-ci ilin iyununda keçirdiyi sorğunun nəticələrinəəsasən, respondentlərin 48 faizi hökumətin katolikosu hədəfə alankampaniyasını “siyasi motivli” hesab edir, 37 faizi isə ittihamlarsübut olunarsa, onun istefasını dəstəkləməyə hazırdır, 15 faizi isəqərarsızdır.

Gərçi Benedikt Andersonun “təsəvvür olunan icma” konsepsiyasınıtətbiq etsək, bu mübarizəni “nəşr kapitalı” uğrunda döyüş kimi izahedə bilərik - yəni milli narrativləri və xarici siyasətin simvolikalt-mətnlərini kim ifadə edəcək?

Pyer Burdyonun təbirincə desək, burada simvolik kapitalınyenidən bölüşdürülməsi baş verir: Paşinyan kilsənin sakralresursunu siyasi partiyanın seçki resursuna çevirmək istəyir,Eçmiədzin isə “mənəvi feodal” kimi çoxəsrlik rolunu qorumağaçalışır.

Nəticə etibarilə, Paşinyanın tətbiq etdiyi kompromat yalnızepizodik bir hücum deyil, strateji delegitimləşdirməvasitəsidir.

Katolikosun müqəddəslik aurası götürüləndə, o, hər hansı məmurlaeyni statusa endirilir və beləliklə, Paşinyan dövlətin mənəvitəmsilçilik üzərində monopoliyasını bərqərar etmək istəyir.

Fəqət burada ciddi sistem riskləri yaranır: əgər dövlət ikiermənidən birinin inandığı bir instituta təzyiqi artırırsa, buzaman həmin institutun sakral kapitalı xalqın müqavimətpotensialına çevrilə bilər.

Ermənistan cəmiyyətində bu məsələyə münasibət birmənalıdeyil.

Ermənistan İctimai Tədqiqatlar Mərkəzinin 2025-ci ilin mayındakeçirdiyi sorğuya əsasən, vətəndaşların 43 faizi dövlət və kilsəarasında dünyəvi ayrılığı dəstəkləyir, lakin 57 faizi hesab edirki, katolikos “millətin mənəvi lideri olaraq qalmalıdır”.

İkiləşmiş mövqe hər iki tərəfin işinə yarayır. Paşinyan kilsəelitasına olan narazılığı manipulyasiya edərək “imanınsaflaşdırılması”na çağırır, Eçmiədzin isə tarixi yaddaş, ənənələr,milli simvollar və Qərbə tam inteqrasiya ilə bağlı dərin qorxularamüraciət edir. Hökumətin apardığı kampaniyaya baxmayaraq,cəmiyyətdə kilsəyə qarşı açıq və genişmiqyaslı düşmənçilikyoxdur.

Bu isə Paşinyan üçün zəif nöqtəyə çevrilə bilər, xüsusən dəKatolikosun obrazı “təqib olunan şəhid” kimi formalaşarsa və buobraz hakimiyyətin özbaşınalığına qarşı dirəniş simvolunaçevrilərsə. Xüsusən də bu baş nazirin reytinqi Azərbaycanla sərhəddelimitasiyası fonunda aşağı düşməyə davam etdiyi bir dövrdə başverərsə.

Parlament seçkiləri 2026-cı il iyunun 7-də keçiriləcək vəgörünür ki, Paşinyan hökuməti ilə Eçmiədzin arasında baş verənqarşıdurma məhz bu tarixdə kulminasiya nöqtəsinə çatacaq.

Hadisələrin mənbələrini, istiqamətlərini və gedişatlarını nəzərəalsaq, siyasi sonuclar və ehtimal dərəcəsinə görə sıralanmış dördəsas ssenari təqdim olunur.

Birinci ssenari Katolikos 2-ci Qaregininməcburi istefasıdır. Bu halda Paşinyan qısamüddətli siyasi qələbəqazanır və “dünyəvi inqilabın” sakral baryerləri aşdığını nümayişetdirir. Ancaq bu addım institutlaşmış bir şok yarada bilər:"Armenian Public Opinion Research Initiative"in 2025-ci ilinmayında keçirdiyi sorğuya əsasən, əhalinin 79 faizi özünüErmənistan Apostol Kilsəsi ilə eyniləşdirir, halbuki hökumətəetimad səviyyəsi 34 faizi keçmir. Xarici arenada isə bu addımPaşinyanı dini sahədə təcrid riski ilə üz-üzə qoyur. Vatikan artıqqeyri-rəsmi şəkildə “kanonik yurisdiksiyaya siyasi müdaxiləninyolverilməzliyi” barədə xəbərdarlıq edib (küriyanın 2025-ci ilinaprelindəki diplomatik bülleteni), Rusiya Pravoslav Kilsəsi isəvasitəsilə “qardaş Eçmiədzinlə həmrəylik” bəyanatı verib.

İkinci ssenari kilsənin və ona bağlı qüvvələrinbirləşərək vahid etiraz blokuna çevrilməsidir. Bunun üçün revanşistmüxalifətin və 2024-cü ilin mayında 30 minə qədər insanı səfərbəretmiş “Vətən naminə Tavuş” hərəkatının lideri yepiskop VazgenQalstanyanın konsolidasiyası vacibdir.

Bəzi mənbələrin iddialarına görə, prosesə Rusiya PrezidentAdministrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenkokuratorluq edir. Amma bu yol da risklidir: kilsə “ümumxalq ruhaniarbitri” statusunu itirərək müxalif qərargaha çevrilə bilər.

Əgər etirazlar uğursuz olarsa, dövlətin repressiv tədbirlərə əlatması və 2023-cü ildə vergi təhqiqatları fonunda olduğu kimi,kilsəyə məxsus əmlakın qismən müsadirəsi mümkündür.

Üçüncü ssenari idarə olunan deeskalasiyadır:2-ci Qaregin “millətin birliyi naminə keçid dövrü” elan edir, Sinodisə açıq siyasi bioqrafiyaya malik olmayan gənc bir arxiyepiskopuvaris seçir. Güzəşt həm Eçmiədzinə müstəqilliyini qorumaq, həm dəhökumətə qarşıdurmanı 2026-cı ilin iyununa qədər yumşaltmaq imkanıverə bilərdi.

Fəqət variantın reallaşması az ehtimal olunur, çünki Paşinyanınaçıq şəkildə verdiyi ultimatum (“Qaregin ya təqsirsizliyini sübutetməlidir, ya da getməlidir”) və “Hayakve” təşəbbüsünün sərtmövqeyi (“Eçmiədzinin fiziki müdafiəsi mümkün ola bilər”) bu yoldarazılaşmanı çətinləşdirir.

Dördüncü ssenari isə konfessional böhrana qədərgedib çıxacaq eskalasiyadır. Burada əsas tətikləyici Katolikosunevlilik andını pozmaqda rəsmi şəkildə ittiham olunmasıdır.

Ssenari kütləvi səfərbərlik təhlükəsi yaradır: "Armenia Today"in2025-ci ilin mayında keçirdiyi sorğuya əsasən, respondentlərin 51faizi “mənəvi dəyərləri qorumaq üçün”, 26 faizi isə “konstitusiyaquruluşunu müdafiə etmək üçün” küçələrə çıxmağa hazır olduğunubildirib.

Nəticələr çoxcəhətli ola bilər: EAK daxilində parçalanma(hierarxiyanın bir hissəsi hökumətə loyaldır), sekulyar-millətçiqrupların güclənməsi və “dini hüquqların qorunması” bəhanəsi iləxarici aktorların birbaşa müdaxilə riski.

Sosioloji ölçmələrin nəticələri, etiraz potensialının həcmi vəmediada aparılan kampaniyanın intensivliyi birləşdirildikdə, şərti“siyasi turbulentlik indeksi” (STİ) müəyyən oluna bilər.

2025-ci ilin iyun ayında bu indeks 0 ilə 1 arasında dəyişənşkala üzrə 0,63 səviyyəsinə çatır. Bu rəqəm – 1 vahidəyaxınlaşdıqca – əvvəlcədən xəbərdarlıq edilməyən inqilabiqeyri-sabitlik mərhələsinə işarə edir. İndeksin kəskin sıçrayışıüçün mümkün tetikleyici hadisələr Katolikosluq Şurasının tarixininelan edilməsi və ya 2-ci Qareginə qarşı cinayət işinin rəsmənbaşlanması ola bilər.

Müxtəlif ssenarilər hökumət üçün qısamüddətli “siyasi xərc”baxımından fərqlənsə də, onların hamısı bir ortaq nəticəyə gətiribçıxarır: Eçmiədzinə qarşı istənilən zərbə “inqilabçı respublika”ideyasının özünün legitimliyinə asimmetrik risk yaradır.

Sakral kapital hesabına əldə olunan istənilən siyasi qələbə,tarix boyu dövlətçiliyin sarsılması ilə nəticələnib – bu barədəvaxtilə Moskva Patriarxı Aleksey 2-ci də xəbərdarlıq etmişdi,“müqəddəsliyin ictimai məkandan çıxarılmasının təhlükələri”haqqında danışarkən. Əgər İrəvan 2026-cı ilin yayına qədər dünyəvivə mənəvi başlanğıclar arasında qarşılıqlı inkişaf modeliniformalaşdıra bilməzsə, ölkə növbəti seçki dövrünə parçalanmışkimlik və kritik dərəcədə zəiflədilmiş institusional dayanıqlılıqyükü ilə daxil ola bilər.

Nəticə olaraq, Paşinyanla Katolikos arasındakı qarşıdurma sadəcəiki fiqurun şəxsi münaqişəsi deyil. Bu, bir tərəfdən institutlaşmışxalq hakimiyyətinə söykənən yeni dünyəvi kimliklə, digər tərəfdənminilliklərə dayanan dini legitimlik arasında strukturlaşdırılmışqarşıdurmadır.

Burada bir tərəf “inqilabi respublikanı”, digər tərəf isə“sakral milləti” təmsil edir. Bu cəbhədə kompromisə yer yoxdur,çünki mübarizənin mövzusu vətəndaş postu, vəzifə kreslosu deyil –Ermənistanın ruhudur. “Kim kimi məğlub edəcək?” sualı artıq sadəcəsiyasi intriqa deyil – bu, Ermənistan dövlətçiliyinin yetkinliksınağıdır.

Çünki əgər siyasi rejim dini nüfuzla yanaşı mövcud ola bilmirsə,o zaman hər iki sütunun da çökməsi riski yaranır.

Bu isə daha qorxulu bir sualı aktuallaşdırır: Ermənistan hələinqilaba inanan, bu gün isə xilas üçün dualara sarılan bir xalqolaraq, sekulyar və dini hakimiyyətlər arasındakı qarşıdurmanı geridönüşsüz bir uçuruma çevrilmədən dayandıra biləcəkmi?

Chosen
79
5
az.trend.az

6Sources