EN

Saat 14:00-da qaz kəsiləcək -

Naxçıvan şəhərinin bir neçə küçəsində qaz təchizatında fasilə yaranacaq.Metbuat.az xəbər verir ki, qaz quyularında təmir işlərinin aparılması və kranların dəyişdirilməsi məqsədilə Naxçıvan şəhər M.Şəhriyar küçəsi, Səməd Vurğun küçəsinin bir hissəsi, 9-cu küçə, Səttarxan küçəsi, Avtovağzal kompleksi və "Naxçıvan Palace" şadlıq evində qaz təchizatı bu gün saat 14:00-dan saat 17:00-dək müvəqqəti dayandırılacaq.

Qaz təchizatı təmir işləri başa çatdıqdan sonra bərpa ediləcək.

Chosen
41
10
metbuat.az

10Sources