Rusiya Dövlət Dumasının deputatı Mixail Şeremet Fransanın "Renault" avtomobil şirkətinin loqotipini faşist simvolları ilə eyniləşdirməyi təklif edib.
Bu barədə TASS məlumat verir.
Bildirilir ki, bu yolla deputat avtomobil istehsalçısının Ukraynada PUA (pilotsuz uçuş aparatı) istehsalına başlamaq niyyətində olduğu barədə məlumatı şərh edib.
"Təklif edirəm ki, Ukraynada pilotsuz uçuş aparatlarının istehsalına başlayacağı təqdirdə, "Renault" loqotipi qadağan olunmuş faşist simvolları ilə eyniləşdirilsin. Bu, avtomobil istehsalçısının Rusiyada fəaliyyətinin bir növ bloklanması ola bilər", - deyə Şeremet qeyd edib.
Xatırladaq ki, daha əvvəl Fransa KİV-ləri "Renault"nun Ukraynada pilotsuz uçuş aparatları istehsal etməyi planlaşdırdığını yazıblar.