Hurriyyet.az xəbər verir ki, ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində etiraz nümayişləri və iğtişaşlarla mübarizə məqsədi ilə komendant saatı elan edilib. Şəhərin meri Karen Bassın mətbuat konfransındakı çıxışı "Foks Nyus" telekanalının efirində göstərilib. Mer deyib: "Vandalizmə və son qoymaq məqsədilə Los-Ancelesin mərkəzində komendant saatı tətbiq edirəm. Los-Ancelesin mərkəzində işləmirsiniz və yaşamırsınızsa, bu ərazidən qaçın. Hüquq-mühafizə orqanlarının əməkdaşları komendant saatını pozanları saxlayacaqlar".
Komendant saatının yerli vaxtlar çərşənbə axşamı 20.00-dan (Bakı vaxtı ilə iyunun 11-i, saat 7.00) çərşənbə günü saat 06.00-a (Bakı vaxtı ilə 17.00) kimi qüvvədə olması qərara alınıb.
Qeyd edək ki, iğtişaşlar iyunun 7-də, ABŞ Miqrasiya və Gömrük Nəzarəti Xidmətinin Los-Anceles şəhərinin mərkəzində reydlər və qeyri-leqal miqrantların aşkar edilməsi üçün irimiqyaslı əməliyyatlar aparıldıqdan sonra başlanıb.
Etirazçılar avtomobilləri yandırıblar, mağazaları qarət ediblər. Bundan sonra Ağ Ev şəhərə 2 min nəfər milli qvardiyaçının göndərilməsini qərara alıb. 170 nəfər etirazçı saxlanılıb.
Hürr Tərcüman