EN

Azərbaycan və Özbəkistan öz paytaxtlarında mədəniyyət mərkəzləri yaradacaqlar

Bakı. Trend:

Azərbaycan və Özbəkistan arasında iqtisadi və investisiyaəlaqələri davamlı şəkildə inkişaf edir, lakin öz potensialını hələdə tam reallaşdırmayıb.

Trend xəbər verir ki, bunuDaşkənd bələdiyyə başçısının müavini Şərof Raxmanov IV DaşkəndBeynəlxalq İnvestisiya Forumu çərçivəsində "Azərbaycan -Özbəkistan: İqtisadi Tərəfdaşlığın Vektoru" panel sessiyasındaçıxışı zamanı deyib.

"Konkret rəqəmlərdən danışsaq, qeyd etmək yerinə düşər ki, bugün Daşkənddə Azərbaycan kapitalının iştirakı ilə 200-ə yaxınmüəssisə fəaliyyət göstərir. Bakıda təxminən bir o qədər Özbəkistanşirkəti qeydiyyatdan keçib", - deyə o bildirib.

O, iki ölkə arasında aktiv turist mübadiləsinə də diqqətçəkib.

"Hər il Azərbaycandan 10 minə yaxın turist Daşkəndə səfər edir.Eyni zamanda, bir çox həmvətənlərimiz də Azərbaycana maraqla səfəredirlər", - deyə o qeyd edib.

Çıxışın əsas məqamlarından biri də iki irimiqyaslı layihənin -Bakıda Özbəkistanın və Daşkənddə Azərbaycanın milli mərkəzlərinintikintisinin başlanmasının elan edilməsi olub.

"Bu mühüm təşəbbüslərin həyata keçirilməsinə hər iki tərəfdənsahibkarlar cəlb olunacaq. Mərkəzlər ölkələrimizin simvolunaçevriləcək və park əraziləri, ticarət-əyləncə mərkəzləri və yaşayışsahələrini əhatə edəcək", - deyə o bildirib.

Chosen
40
4
az.trend.az

5Sources