EN

Los-Ancelesdə komendant saatı elan edildi

ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində davam edən iğtişaşlar səbəbilə komendant saatı tətbiq edilib.

 

Modern.az xəbər verir ki, bunu şəhər meri Karen Bass açıqlayıb.

 

Mer bildirib ki, komendant saatı yerli vaxtla 20:00-da başlayacaq və 06:00-a qədər davam edəcək:

 

“Los Angeles ÅŸÉ™hÉ™rinin mÉ™rkÉ™zindÉ™ki vÉ™ziyyÉ™ti yaxından izlÉ™yirÉ™m vÉ™ icmalarımızı qorumaq üçün yeni tÉ™dbirlÉ™r görmÉ™yÉ™ hazırlaşıram. Saat 20:00-dan etibarÉ™n Los-Ancelesin mÉ™rkÉ™zindÉ™ komendant saatı elan etdim. Los-Ancelesin mÉ™rkÉ™zindÉ™ yaÅŸamır vÉ™ ya iÅŸlÉ™mirsinizsÉ™, bu É™razidÉ™n uzaq durun. Hüquq-mühafizÉ™ orqanları komendant saatını pozanları cinayÉ™t mÉ™suliyyÉ™tinÉ™ cÉ™lb edÉ™cÉ™klÉ™r”.

 

Qeyd edək ki, iyunun 7-də ABŞ İmmiqrasiya və Gömrük Nəzarəti Xidmətinin (ICE) Los-Ancelesin mərkəzində keçirdiyi reyddən sonra başlayan toqquşmaların ardınca, Ağ Ev şəhərə 2 min milli qvardiya əsgərinin yeridilməsini elan edib.

Chosen
91
4
modern.az

5Sources