"Davam edən etirazlar səbəbindən şəhərin mərkəzində komendant saatı tətbiq oluna bilər"
Publika.az "Associated Press"ə istinadla xəbər verir ki, bunu Los-Anceles meri Karen Bass deyib.
"Biz komendant saatı ehtimalına baxırıq, zorakılıq davam edərsə, daha ciddi tədbirlər görmək imkanlarını nəzərdən keçiririk", - Bass deyib.
İyun ayının əvvəlində ABŞ-ın Miqrasiya və Gömrük Mühafizəsi (ICE) tərəfindən Los-Anceles şəhərinin mərkəzində qanunsuz miqrantların müəyyən edilməsi məqsədilə keçirilən basqın etirazçılarla toqquşmalara çevrilib. Ağ Evin nümayəndələri şəhərdəki etirazları "qanuna qarşı üsyan" hesab ediblər. Bundan sonra Kaliforniya Milli Qvardiyası Los-Ancelesə gəlib. Şəhər mərkəzində federal binanın kənarında təxminən on iki Milli Qvardiya görülüb. Burada immiqrasiya basqınları zamanı saxlanılanlar olub.
Etirazlar iyunun 6-da başlayıb və bu günə qədər davam edir. Hər gün etirazlar daha da aqressivləşir.