EN

DÇ-2026: Niderland 8 qol vuraraq qalib gəldi

Futbol üzrə dünya çempionatının seçmə mərhələsində beş görüş başa çatıb.

Yenisabah.az xəbər verir ki, G qrupunda mübarizə aparan Niderland Maltanı qəbul edib. Narıncılar ada təmsilçilərinin qapısından 8 cavabsız top keçiriblər - 8:0.

H qrupunda qərarlaşan Rumıniya Kiprdən üstün olub - 2:0. Avstriya isə səfərdə San-Marinonu darmadağın edib - 0:4.

K qrupunda Latviya Albaniya ilə sülhə razılaşıb - 1:1. Serbiya isə Andorranı 3 cavabsız qolla üstələyib.


Telegram kanalımız
Chosen
39
1
yenisabah.az

2Sources