EN

“Koka-Kola” dükanlardan yığışdırılır?

Türkiyədə məşhur “Koka-Kola” şirkəti ilə bağlı araşdırma başladılıb.

Türkiyənin Rəqabət Qurumu “Koka-Kola”ya qarşı satış məntəqələrində digər rəqiblərinin satışının qarşısını almaq və çətinləşdirmək məqsədi daşıyan fəaliyyətlə məşğul olması şübhəsi ilə araşdırma aparır.

“Koka-Kola”nın Türkiyədə 2021-ci ildə götürdüyü öhdəliklərə əməl edib-etmədiyi də araşdırılacaq.

Araşdırmanın nəticəsi barədə ictimaiyyətə bildiriləcək.

 

İnfoaz.ws

Chosen
55
6
hurriyyet.az

8Sources