Qarşılaşmanın sonlarında rəqibin bəxti gətirsəydi, oyun heç-heçə başa çatardı
"Report" xəbər verir ki, bunu Macarıstan yığmasının baş məşqçisi Marko Rossi Bakıda Azərbaycan millisinə qarşı keçirdikləri yoldaşlıq görüşündən sonra mətbuat konfransında deyib.
Mütəxəssis qələbə qazandıqları oyunu şərh edib:
"Rəqibə hörmətlə yanaşırdıq. Qələbə qazanmaq istəyirdik. Lazım olan nəticəni əldə etdik. Azərbaycan millisinin qol vurmaq üçün şansları var idi. Qarşılaşmanın sonlarında rəqibin bəxti gətirsəydi, oyun heç-heçə başa çatardı".
Qeyd edək ki, "Liv Bona Dea Arena"da baş tutan Azərbaycan - Macarıstan oyunu qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.