EN

Azərbaycanda Ubeyd mədəniyyətinə aid maddi nümunələr aşkarlandı

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Vəli Baxşəli oğlu Baxşəliyevin rəhbərlik etdiyi Bülövqaya arxeoloji ekspedisiyası mayın 19-dan etibarən arxeoloji qazıntılara başlayıb.

"ÖlkÉ™.az" xÉ™bÉ™r verir ki, AMEA Naxçıvan BölmÉ™sinin mÉ™tbuat xidmÉ™tindÉ™n verilÉ™n mÉ™lumata görÉ™, BabÉ™k rayonunun Göynük kÉ™ndi yaxınlığında yerləşən Bülövqaya yaÅŸayış yerindÉ™ aparılan arxeoloji qazıntılar zamanı Ubeyd mÉ™dÉ™niyyÉ™tinÉ™ aid maddi mÉ™dÉ™niyyÉ™t nümunÉ™lÉ™ri, o cümlÉ™dÉ™n boyalı keramika, mÉ™dÉ™nçilik alÉ™tlÉ™ri aÅŸkar olunub.

Araşdırmalar nəticəsində müəyyən olunub ki, bu maddi mədəniyyət nümunələri, yarımköçəri həyat tərzi keçirən tayfaların şimala, o cümlədən Naxçıvana doğru hərəkəti ilə bağlı olub. Ubeyd tayfalarının şimala doğru hərəkəti Cənubi Qafqazın bol otlaqları, zəngin xammal mənbələri, o cümlədən obsidian və mis yataqları ilə bağlı olub. Bu tapıntılar Azərbaycanla Şimali Mesopotamiya arasında sıx iqtisadi-mədəni əlaqələrin mövcud olduğunu, Yaxın Şərqə şəhərləşməni gətirən Ubeyd tayfalarının Naxçıvan ərazisində məskən saldığını təsdiqləyir.

Chosen
42
6
olke.az

7Sources