EN

İtaliya millisinin baş məşqçisi olmaq istəmədi

73 yaşlı Klaudio Ranyeri İtaliya millisinin yeni baş məşqçisi olmaq təklifini rədd edib.

Bizim.Media xəbər verir ki, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində iyunun 9-da Moldova ilə keçirilən oyun (2:0) 66 yaşlı Luçano Spalletti üçün millidə sonuncu olub.

O, 2023-cü ildən "Squadra Azzurra"ya rəhbərlik edirdi.
 

Ranyeri bu təklifə görə İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravinaya təşəkkürünü bildirərək sözlərinə belə davam edib:


"Mənim üçün böyük şərəfdir, lakin düşündüm və "Roma"da yeni vəzifəmdə qalmağa qərar verdim".

2024-2025-ci illÉ™rdÉ™ “Roma”nı çalışdıran Ranyeri hazırda klubun idarÉ™ heyÉ™tinin müşaviridir. O, məşqçilik karyerasının müxtÉ™lif dövrlÉ™rindÉ™ "Kalyari", "Yuventus", "Napoli", "Fiorentina", "İnter", "Monako", "Çelsi", "Fulhem" vÉ™ digÉ™r komandalara da rÉ™hbÉ™rlik edib.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
26
bizim.media

1Sources