EN

Ruttenin rus dili ilə bağlı dedikləri Britaniyada tənqid olundu

BAKI, 10 iyun. TELEQRAF

Böyük Britaniyanın Sosial Demokrat Partiyasının lideri Uilyam Kluston NATO-nun Baş katibi Mark Rutteni tənqid edərək, onu rus dili ilə bağlı dediyi sözlərə görə "həyasız axmaq" adlandırıb.

Teleqraf xəbər verir ki, bu barədə siyasətçi "X" hesabında Ruttenin açıqlamalarına münasibət bildirib.

"Mən həmişə Ruttenin axmaq olduğunu düşünürdüm. Onun beş faiz xərcləyin, yoxsa rus dilini öyrənməyə başlayacaqsınız deməsi, Britaniyanın Aİ-dən çıxmaq qərarına qəzəblənməsini xatırladır ", - Klouston yazıb.

Britaniya partiyasının lideri Rutteyə əhmiyyət verməməyə çağırır.

Xatırladaq ki, bundan əvvəl NATO-nun baş katibi Alyans üzvlərinin rus dilini öyrənməməsinin yeganə yolunu göstərmişdi. Onun sözlərinə görə, alyansa üzv dövlətlər hərbi xərcləri ÜDM-in beş faizinə çatdırmalıdır. Əgər bu baş verməsə, o zaman Ruttenin sözlərinə görə, onlar rus dilini öyrənməyə başlamalı olacaqlar.

Alyans rəhbəri Rusiyanın 2029-cu ilə qədər Alyans ölkələrinə hücum edə biləcəyi ilə bağlı fikirlərini də ifadə edib. Eyni zamanda, o qeyd edib ki, Rusiya bütün NATO ölkələrinin birlikdə istehsal etdiyi sursatdan 4 dəfə çox silah istehsal edir.

Chosen
44
teleqraf.com

1Sources