EN

Gəncədə AĞIR QƏZA - 60 yaşlı qadın xəstəxanalıq OLDU

Gəncədə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin mərkəzi küçələrindən birində qeydə alınıb.

Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1965-ci il təvəllüdlü Rəna Cahangirovanı vurub. Müxtəlif dərəcəli bədən xəsarəti alan yaralı xəstəxanaya çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Chosen
67
3
bizim.media

4Sources