EN

Bayram günlərində qatarlarla daşınan sərnişinlərin sayı açıqlanıb

Bakı.Trend:

Bakı-Ağstafa-Bakı marşrutu üzrə 7 əlavə reys, Bakı-Qəbələ-Bakıxətti üzrə 4 əlavə reys təyin olunub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan DəmirYolları QSC-dən bildirilib.

Qeyd edilib ki, Bakı-Balakən-Bakı marşrutu üzrə qatarlaratələbata uyğun olaraq əlavə vaqonlar qoşulub. Təkcə 5 iyundaBakı–Balakən qatarına əlavə 8 vaqon qoşulub. Gecə qatarı ümumilikdə13 vaqon olmaqla 100% doluluqla (530 sərnişin) yola düşüb. Qeydedək ki, həftəiçi Bakı–Balakən–Bakı qatarı bir istiqamət üzrə 5vaqon olmaqla orta hesabla 110 sərnişinə xidmət edir. ÜmumilikdəBakı-Balakən-Bakı istiqaməti üzrə 2 170 nəfər daşınıb.

6–9 iyun tarixlərində Bakı-Ağstafa-Bakı xətti üzrə 5 814 nəfərsəfər edib. Onlardan da 1842 nəfər əlavə reyslə səyahət edib.Bakı-Qəbələ-Bakı xətti üzrə 1 330 nəfər səfər edib, onlardan da 577nəfər əlavə reyslə səyahət edib. Abşeron dairəvi dəmir yolu üzrəqatarlar şənbə və bazar günü qrafiki əsasında fəaliyyət göstərib.Bu marşrutla 6-9 iyunda 45 361 nəfər daşınıb. Ümumilikdə 6-9 iyuntarixlərində qatarlarla 54 675 nəfər səyahət edib.

Chosen
72
4
az.trend.az

10Sources