EN

Kristian Kivu “İnter”ə təyinatını şərh etdi

44 yaşlı rumın mütəxəssis Kristian Kivu İtaliya nəhəngi “İnter”in baş məşqçisi vəzifəsinə təyinatını şərh edib.

Arena.az “İnter”in rəsmi saytına istinadən, Kivunun müvafiq açıqlamasını təqdim edir:

“Mənim üçün müvafiq imkanı qazanmaq böyük şərəfdir. Mən şövq və iddia doluyam və bunu öz oyunçuarıma ötürmək istəyirəm. “İnter” qəbilindən olan klub həmişə qənimətlər uğrunda mübarizə aparmalıdır.

Biz mövsümü mümkün olduğu qədər keyfiyyətlə başa vurmalıyıq. Bu, səmərə və qətiyyət tələb edəcək. Əvvəlcə – klublararası dünya çempionatı. Zehni güc-qüvvəmizi bərpa etmək və bu qəniməti qazanmağa cəhd etmək gərəkdir.

Vahid bir tam olmaq lazımdır, özünə inanmaq və gələcəyə ilhamla baxmaq gərəkdir. Mövsüm hələ başa çatmayıb – biz isə hələ çox şeyi sübut etməliyik”, deyə Kivu əzmkar iddia ilə vurğulayıb.

Xatırladaq ki, Kristian Kivu “neradzurri”nin sükanı arxasında 49 yaşlı italyan mütəxəssis Simone İnzaqini əvəz edib. “İnter” rumın mütəxəssislə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə bağlayıb.

Chosen
50
arena.az

1Sources