EN

Paratsetamol tərkibli həblərdə təhlükəli qarışıq şübhəsi var

Paratsetamol

İngiltərədə geniş şəkildə istifadə olunan parasetamol tərkibli ağrıkəsici dərmanlar, yad maddə ilə qarşılıqlı təsir şübhəsinə görə geri çağırılıb. Chelonia Healthcare Limited şirkəti tərəfindən istehsal olunan və reseptsiz satılan 500 mq-lıq parasetamol tabletlərinin iki istehsal partiyası ehtiyat tədbiri olaraq satışdan yığışdırılır.İngiltərənin Dərman və Sağlamlıq Məhsulları Tənzimləmə Agentliyi (MHRA), 2312010 və 2312011 istehsal kodlarına malik bu partiyaların xarici bir maddə ilə potensial qarşılıqlı təsir riski daşıdığına dair şübhələr səbəbilə satışdan geri çağırıldığını açıqlayıb.Bildirilir ki, sözügedən dərmanların son istifadə tarixi 30 və 31 noyabr 2027-dir və bu partiyalar 2025-ci ilin əvvəlində satışa buraxılıb.Rəsmilər bu dərmanlardan istifadə edən vətəndaşlara əllərindəki qablaşdırmaları yoxlamağı və əgər dərman bu partiyalardandırsa, ondan istifadə etməməyi tövsiyə ediblər. Hazırda heç bir sağlamlıq problemi qeydə alınmasa da, araşdırmalar davam edir.MHRA geri çağırmanın profilaktik məqsəd daşıdığını və ictimai sağlamlığı qorumağa yönəlmiş standart bir tədbir olduğunu vurğulayıb.Ulusum.az

Diqqət Çəkənlər

Kişilərdə süd vəzi xərçəngi: Az rast gəlinir, amma həyati təhlükə daşıyır

Portuqaliya Millətlər Liqasını qazandı

Macar baş nazirdən Avropaya mesaj: "Öz maraqlarınızı düşünün, Putini yox!"

Chosen
70
ulusum.az

1Sources