Bakı.Trend:
İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlbolunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədəhəftəlik məlumat dərc olunub.
Trend xəbər verir ki, bu barədə AzərbaycanMinatəmizləmə Agentliyi, Müdafiə Nazirliyi və Fövqəladə HallarNazirliyi birgə məlumat yayıb.
Bildirilib ki, bir həftə ərzində 52 piyada aleyhinə mina, 16tank əleyhinə mina, 129 partlamamış hərbi sursat aşkarlanıb vəzərərsizləşdirilib.
8 892 019 kvadratmetr, yəni 889.2 ha hektar ərazi minadantəmizlənib.