EN

Keniya Dövlət Prokurorluğunun direktoru Azərbaycanın bu ölkədəki səfirliyində olub

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 10 iyun, AZƏRTAC

Keniya Dövlət Prokurorluğunun direktoru Renson İnqonqanın dəvəti ilə bu ölkədə səfərdə olan Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev iyunun 8-də həmkarı ilə birgə Azərbaycan səfirliyini ziyarət edib.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, Kamran Əliyev və Renson İnqonqa əvvəlcə səfirliyin inzibati binasında yaradılmış Ümummilli Lider Heydər Əliyevin xatirə otağı ilə tanış olub, Ulu Öndərin xatirəsini ehtiramla yad edərək büstü önünə gül dəstəsi qoyublar.

Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev səfirliyin yaranma tarixindən, diplomatik münasibətlərin qurulmasından və ötən 20 il ərzində Azərbaycan-Keniya əlaqələrinin inkişaf dinamikasından bəhs edib. Səfir iki ölkə arasında əməkdaşlıq perspektivlərinə dair ətraflı məlumat verib.

Səfirlikdə Azərbaycan dövlətçiliyinə həsr olunmuş guşə ilə tanışlıq zamanı Baş prokuror Kamran Əliyev qonaqlara ölkəmizin tarixi, zəngin mədəniyyəti, Ümummilli Lider Heydər Əliyevin siyasi irsi və xilaskarlıq missiyası barədə məlumat verib, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın son illərdə qazandığı uğurları diqqətə çatdırıb. Baş prokuror, həmçinin Vətən müharibəsində əldə olunmuş Zəfər, postmünaqişə dövründə həyata keçirilən şəhərsalma layihələri və mina təhlükəsinin aradan qaldırılması istiqamətində görülən işlər barədə ətraflı danışıb.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Renson Mulele İnqonqa azərbaycanlı həmkarı Kamran Əliyevin dəvəti ilə ötən il ölkəmizə etdiyi işgüzar səfərləri ən xoş ifadələrlə xatırlayıb və hazırkı səfərin Azərbaycan ilə Keniya arasında dinamik inkişaf edən əməkdaşlıq əlaqələrinə mühüm töhfə olduğunu vurğulayıb.

Ziyarət çərçivəsində Azərbaycanın ev sahibliyi etdiyi COP29 tədbirində Keniyanın fəal iştirakı xüsusi vurğulanıb. Bildirilib ki, 2026-cı ildə Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13), eləcə də Ümumdünya Ətraf Mühit Günü (WED2026) çərçivəsində iki ölkə arasında sıx əməkdaşlıq qlobal miqyasda əhəmiyyətli nəticələr verə bilər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
58
1
azertag.az

2Sources