EN

Türkmənistan Donald Trampa etiraz etdi

BAKI, 10 iyun. TELEQRAF

Türkmənistan ölkə vətəndaşlarının ABŞ-yə girişinə məhdudiyyətlərin qoyulmasından narahatlığını bildirib.

Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

KİV-də Türkmənistan vətəndaşlarının ABŞ-yə girişinə qismən qadağa tətbiq edilməsi ilə bağlı xəbərlərin yayılması ilə əlaqədar XİN bildirib ki, belə bir qərar Aşqabadda anlaşılmazlıq və narahatlıq yaradıb.

Nazirlik bəyan edib ki, Aşqabad ABŞ-nin bu qərarını geniş sahələr üzrə ikitərəfli Türkmənistan-ABŞ əməkdaşlığının yüksək nəticələrini və onun hazırkı müsbət inkişafını və miqrasiya siyasəti kimi mühüm sahədəki inkişafı nəzərə almayan tələsik addım kimi qiymətləndirir.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bundan əvvəl 12 ölkənin vətəndaşlarının ölkəsinə girişinə qadağa qoyub, daha 7 ölkənin sakinləri üçün isə qismən məhdudiyyətlər tətbiq edib. Tam qadağa Əfqanıstan, Haiti, İran, Yəmən, Liviya, Myanma, Konqo Respublikası, Somali, Sudan, Çad, Ekvatorial Qvineya və Eritreya vətəndaşlarına şamil ediləcək. Burundi, Venesuela, Kuba, Laos, Syerra-Leone, Toqo və Türkmənistan vətəndaşları üçün qismən məhdudiyyətlər tətbiq olunacaq.

Chosen
176
20
teleqraf.com

10Sources