EN

Bayram günlərində yol qəzalarında 5 nəfər ölüb

“Qurban bayramı ilə əlaqədar qeyri-iş günləri ərzində respublika ərazisində ölüm və xəsarətlə nəticələnən ümumilikdə 28 yol-nəqliyyat hadisəsi qeydə alınıb”.

Bunu Busaat.az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin əməkdaşı Mübariz Ağayev bildirib.

Onun sözlərinə görə, həyatını itirən şəxslərdən 1 nəfər respublika əhəmiyyətli avtomobil yollarında, 4 nəfər isə Bakı şəhərində baş vermiş qəzalar zamanı dünyasını dəyişib

“Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını, o cümlədən sürücüləri, yol hərəkəti qaydalarına ciddi şəkildə riayət etməyə, hərəkətdə olarkən diqqətli və məsuliyyətli davranmağa çağırır. Unutmayaq ki, yollarda bir anlıq diqqətsizlik və məsuliyyətsizlik insan həyatı bahasına başa gələ bilər”, – deyə Mübariz Ağayev əlavə edib.

Chosen
61
40
busaat.az

10Sources