EN

Bayram günlərində baş verən qəzalar

"Qurban bayramı ilə əlaqədar qeyri iş günlərində respublika ərazisində ölüm və xəsarətlə nəticələnən ümumilikdə 28  yol nəqliyyat hadisəsi qeydə alınıb".

Bunu Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin əməkdaşı Mübariz Ağayev bildirib.

Qeyd edib ki, qəzalar nəticəsində respublika əhəmiyyətli avtomobil yollarında 1, Bakı şəhərində isə 4 nəfər həyatını itirib.

"Bununla bağlı Baş Dövlət Yol Polis İdarəsi bir daha sürücülərə müraciət edərək özlərinin doğmalarının və digər hərəkət iştirakçılarının həyat və sağlamlığını təhlükəyə atmamağı sükan arxasında məsuliyyətli olmağı onlardan xahiş edir",-deyə Mübariz Ağayev əlavə edib.

Mina Mikayılova

Chosen
54
17
bakivaxti.az

10Sources