Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç Avropa komandaları arasında dünya çempionatının seçmə mərhələsində qol vuran ən yaşlı futbolçu olub.
Publika.az xəbər verir ki, “damalılar”ın kapitanı Çexiya ilə oyunda (5:1) penalti zərbəsindən fərqlənib.
Modriç bu qolu vuranda 39 yaş 9 aylıq olub. Bununla da o, dünya çempionatının seçmə mərhələsində Avropa təmsilçiləri arasında qol vuran ən yaşlı futbolçu olub.
Əvvəlki rekord Bosniya və Herseqovina millisinin hücumçusu Edin Cekoya məxsus idi. O, 7 iyun tarixində San-Marinoya qarşı oyunda (1:0) 39 yaş 2 aylığında fərqlənmişdi.