EN

Bərdə Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi üçün 81 min manatlıq alış-veriş - Qayka, yağlı kəndir, və.s üçün...

Bərdə Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi subartezian quyuları və nasos stansiyalarında istifadə edilən avadanlıqlar üçün ehtiyat hissələri alacaq.

32gun.az-ın məlumatına görə, satınalma çərçivəsində əsasən D2000-21D1250-63 markalı nasoslara aid bir sıra detalların tədarükü nəzərdə tutulur. Siyahıya aşağıdakılar daxildir:

– İki tərəfli su nasoslarının kipləşdirici həlqələri
Sağ və sol qaykalar
Qoruyucu və nizamlayıcı oymaqlar
Val, işçi çarx, diyircəkli yastıqlar
Salnik sıxanları, halqalar (stakan)
Val yığımı (rotor dəsti)
Yağlı kəndir (AP-31, 12 mm və 14 mm, ümumilikdə 200 kq)
Sürgülü siyirtmə (PN25, DN200)

Məlumata görə, alınacaq hissələrin ümumi dəyəri 81 min 513 manat təşkil edir.

Qeyd edək ki, bu ehtiyat hissələri nasosların fasiləsiz və dayanıqlı fəaliyyəti üçün nəzərdə tutulub.


Chosen
66
42
paytaxt.org

10Sources