EN

İsrailli nazirdən “Madlin”də saxlanılan aktivistlərlə bağlı maraqlı təlimat: "Onlara videonu izlədin..."

Qəzzaya humanitar yardım aparan "Madlin" ("Madleen") gəmisindəki aktivistləri qandallayan İsrail ordusu onların olduğu gəmini Ben Quriondakı limana gətirib. Bundan sonra isə müdafiı naziri diqqətçəkən maraqlı göstəriş verib. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, gəminin Aşdod limanına çəkilməsindən sonra isə 12 tanınmış ictimai fəal İsrail ordusuna aid bazaya aparılıblar.

Məlumata görə, İsrailin müdafiə naziri İsrael Katzın əmri ilə orada 12 fəala 2023-cü ilin oktyabrın 7-də HƏMAS yaraqlılarının israillilərə hücumunu əks etdirən video izlədilib: "Nazir saxlanılanlarla bağlı ordu mənsublarına "onlara həmin video faktları izədin" təlimatını verib. Ordu rəsmiləri də təlimat yerinə yetirdikdən sonra saxlanılanları deport olunması üçün müvafiq quruma təhvil veriblər".

Tahir Şəlvəli

MİA.AZ

Chosen
136
36
mia.az

10Sources