EN

DÇ-2026: İtaliyadan inamlı qələbə, Xorvatiya Çexiyaya divan tutdu

Bu gün DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyunlar keçirilib.

Fanat.Az xəbər verir ki, 4-cü tur çərçivəsində İ, J və L qruplarında ümumilikdə 6 qarşılaşma baş tutub.

İtaliya millisi Moldova yığmasını inamla yenÉ™rÉ™k seçmÉ™ mÉ™rhÉ™lÉ™dÉ™ ilk qÉ™lÉ™bÉ™sini qazanıb. 

Seçmə mərhələdə adından söz etdirən Norveç bu dəfə Estoniyaya 1:0 hesabı ilə qalib gəlib.

Qazaxıstan evdə Şimali Makedoniyaya minimal hesabla uduzub.

Xorvatiya Çexiyanı 5:1 hesabı ilÉ™ darmadağın edibsÉ™, digÉ™r bol qollu görüşdÉ™ Belçika Uelsi üstÉ™lÉ™yib.

Qeyd edÉ™k ki, AzÉ™rbaycan millisi D qrupunda Fransa, İslandiya vÉ™ Ukrayna yığmaları ilÉ™ mübarizÉ™ aparacaq. Millimiz seçmÉ™ mÉ™rhÉ™lÉ™yÉ™ sentyabrda start verÉ™cÉ™k. 

DÇ-2026
Seçmə mərhələ, Avropa zonası
9 iyun

I qrupu

İtaliya Moldova 2:0
Qollar: Raspadori, 40. Kambyazo, 50.

Estoniya Norveç 0:1
Qol: Holand, 62.

Xal durumu: Norveç – 12. İsrail – 6. Estoniya – 3. İtaliya – 3. Moldova – 0.

J qrupu

Qazaxıstan Şimali Makedoniya 0:1
Qol: Traykovski, 33.

Belçika Uels 4:3
Qollar: Lukaku, 15-pen. Tilemans, 19. Doku, 27. De Bröyne, 88 – Uilson, 45+7-pen. Tomas, 51. Conson, 70.

Xal durumu: Åžimali Makedoniya – 8. Uels – 7. Belçika – 4. Qazaxıstan – 3. LixtenÅŸteyn – 0.

L qrupu

Xorvatiya Çexiya 5:1
Qollar: Kramariç, 42; 75. Modriç, 62-pen. PeriÅŸiç, 68. Budimir, 72-pen – Souçek, 58.

Farer adaları Cəbəllüttariq 2:1
Qollar: Frederiksberq, 71. Yohannesen, 86 – Skanlon, 23.

Xal durumu: Çexiya – 9. Xorvatiya – 6. Monteneqro – 6. Farer adaları – 3. CÉ™bÉ™llüttariq – 0.

Chosen
27
fanat.az

1Sources