EN

"D'Almeyda "Neftçi" sayəsində Avropa səhnəsində parlayacaq" - fransızlar belə düşünür

"Neftçi"nin yeni mövsüm üçün ilk transferini rəsmiləşdirdiyindən xəbərdarsız.

"Ağ-qaralar" heyətini Benin millisinin dayaq yarımmüdafiəçisi Sessi D’Almeyda ilə gücləndirib. 29 yaşlı futbolçu ilə "2+1 illik" müqavilə bağlanıb. Fransanın Bordo şəhərində anadan olan təcrübəli oyunçunun bakılılarla anlaşması ölkəsində də maraqla qarşılanıb.

"Football-plus.az" xəbər verir ki, Fransanın "229foot.com" saytı sövdələşməni belə şərh edib:
"Sessi D'Almeyda Azərbaycanın tanınan klubuna yollanmaqla karyerasında yeni səhifə açdı. O, Avropada beşinci ölkəsini kəşf edəcək və indiyə qədər müxtəlif təcrübələrlə zənginləşdirdiyi karyerasını daha yüksək yerlərə daşıyacaq. "Neftçi" D'Almeyda üçün 100-150 min avro ödəyib. Futbolçu bilik və bacarıqlarını yeni komandasıyla bölüşəcəksə, "Neftçi" sayəsində Avropa səhnəsində parlayacaq. Bu, D'Almeyda üçün əla fürsətdi".
Xatırladaq ki, adı çəkilən oyunçu "Bordo"nun yetirməsidi. O, Fransa, İngiltərə, Portuqaliya liqalarında çıxış edib. Son mövsümü "Apollon"da (Cənubi Kipr) keçirib.

KƏNAN BAHADIR
Chosen
66
3
football-plus.az

10Sources