EN

Apple iOS 26 əməliyyat sistemini təqdim edib

Apple şirkəti iOS mobil əməliyyat sisteminin növbəti əsas yeniləməsi olan iOS 26-nı təqdim edib.

Operativ Media xəbər verir ki, yeni versiya tamamilə yenilənmiş vizual dizayn, Apple Intelligence adlı süni intellekt platforması və gündəlik istifadə edilən tətbiqlərdə bir sıra funksional təkmilləşdirmələr təklif edir.

Apple-ın verdiyi məlumata görə, iOS 26 daha ifadəli və fərdiləşdirilə bilən istifadəçi təcrübəsi təqdim edir.

Bu zaman sistemin istifadəçilər üçün tanış və sadə interfeysi qorunur.

Apple Intelligence funksiyası isə sistemə məxfiliyə əsaslanan süni intellekt imkanları əlavə etməklə, istifadəçilərin gündəlik işlərini daha da asanlaşdırır.

Əsas yeniliklər sırasında Telefon və Mesajlar tətbiqlərində istənilməyən zənglərin qarşısını almağa yönəlmiş funksiyalar da yer alır. Bununla yanaşı, CarPlay, Apple Music, Maps, Wallet və Apple Games adlı yeni oyun platformasında da yeni funksiyalar təqdim edilib.

Apple Games tətbiqi istifadəçilərə bütün oyunlarını bir mərkəzə toplayaraq daha rahat idarə etməyə imkan verir. Apple-ın proqram mühəndisliyi üzrə baş vitse-prezidenti Kreyq Federiqi bildirib ki, iOS 26 həm dizayn baxımından gözoxşayan, həm də istifadə baxımından daha funksional və şəxsi bir təcrübə təqdim edir:  “iOS 26 həm yeni dizaynı, həm də gündəlik istifadə olunan funksiyalara gətirilən faydalı təkmilləşdirmələri ilə seçilir. Apple Intelligence ilə sistem daha güclü və effektiv olur.”

Yeni əməliyyat sistemi 2025-ci ilin payızında ictimaiyyətə təqdim olunacaq.

Chosen
111
41
operativmedia.az

10Sources