EN

Macarıstan yığmasının üzvü: Bakıya öz işimizi görməyə gəlmişik

BAKI, 9 iyun. TELEQRAF

“Bu, bizim üçün vacib oyundur. Yoldaşlıq görüşü deyilən bir anlayış yoxdur. Bakıya öz işimizi görməyə gəlmişik”.

Teleqraf xəbər verir ki, bunu Macarıstan yığmasının futbolçusu Loik Neqo Azərbaycan millisinə qarşı keçirəcəkləri yoldaşlıq görüşündən əvvəl mətbuat konfransında deyib.

34 yaşlı müdafiəçi nəticənin önəmli olduğunu bildirib: “Qələbə qazanmaq üçün də meydanda yaxşı oynamaq lazımdır”.

O, çıxış etdiyi Fransanın “Qavr” klubunda qalıb-qalmayacağını bilmədiyini söyləyib: “Son mövsüm uzun alındı. Müəyyən müsbət məqamlar oldu. Liqa 1-də qaldığımız üçün şənləndik. Amma vaxtım az idi, çünki milliyə qoşulmalı idim. Burada qalıb qalmayacağımı bilmirəm”.

Chosen
291
37
teleqraf.com

10Sources