EN

Blogerin 89 kiloluq uğurunun 3 gizli sirri - "Çox yüklənmədən, sevgi ilə..."

BAKI, 9 iyun. TELEQRAF

Hindistanlı bloger Pranjala Pandeya inanılmaz uğura imza ataraq 89 kiloqram çəki itirib.

Teleqraf xəbər verir ki, bu yolda ona nələrin kömək etdiyini "The Times of India" ilə bölüşən qadın arıqlamağın əsasən qidalanma vərdişləri ilə bağlı olduğunu söyləyib.

"Çəki itirmək nə qədər hərəkət etdiyinizdən çox, nə yediyinizlə bağlıdır. Zülal və lif rasionun əsasını təşkil etməlidir".

Onun sözlərinə görə, zülal maddələr mübadiləsini sürətləndirir, toxluq hissi yaradır və əzələlərin bərpasına kömək edir.

Lif isə qan şəkərini sabit saxlayır və enerji balansını qoruyur.

Pandeya təkcə yemək vərdişlərini deyil, həyat tərzini də dəyişdiyini vurğulayıb. Güc və kardio məşqlərini birləşdirən bloger özünü yükləmədən, davamlı və ağıllı şəkildə idmanla məşğul olub.

Uğurunun əsas hissəsini isə psixoloji güc və motivasiya təşkil edib:

"Hər kiçik nailiyyətimə görə özümü təriflədim. Hər gün minnətdarlıq gündəliyi yazmaq mənə motivasiya verdi və ruhdan düşməyə imkan vermədi".

Hazırda Pandeya yüz minlərlə insana inspirasiya mənbəyi olmaqda davam edir.

Chosen
100
36
teleqraf.com

10Sources